Sionist qəsəbə sakinləri əl-Əqsa Məscidinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286572-sionist_qəsəbə_sakinləri_əl_Əqsa_məscidinə_basqın_ediblər
Əl-Əqsa Məscidi bir daha sionist qəsəbə sakinlərinin hörmətsizliyinə məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2017 14:20 Asia/Baku
  • Sionist qəsəbə sakinləri əl-Əqsa Məscidinə basqın ediblər
    Sionist qəsəbə sakinləri əl-Əqsa Məscidinə basqın ediblər

Əl-Əqsa Məscidi bir daha sionist qəsəbə sakinlərinin hörmətsizliyinə məruz qalıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, yüz sionist qəsəbə sakini bu gün çərşənbə günü İsrail rejimi hərbçilərinin dəstəyi ilə Babul-Müğaribədən əl-Əqsa Məscidinə daxil olub və onun müxtəlif yerlərinə hücum çəkiblər. 

Halbuki sionist hərbçilər hələ də əl-Əqsa Məscidinə daxil olmaq istəyən fələstinlilərin və onların sənədlərinin yoxlanılması prosesini davam etdirirlər. 

Qüds Beynəlxalq Müəssisəsinin məlumatına əsasən, 2016-cı il avqust ayından bu ilin avqust ayına qədər təxminən 23 min 661 sionist qəsəbə sakini əl-Əqsa Məscidinə basqın edib. Bu hal ötən ilin oxşar dövrü ilə müqayisədə 58% artım olduğunu göstərir.