Yəməndə insani faciə barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286624-yəməndə_insani_faciə_barədə_xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Yəməndə gərgin durum barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2017 14:31 Asia/Baku
  • Yəməndə insani faciə barədə xəbərdarlıq
    Yəməndə insani faciə barədə xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Yəməndə gərgin durum barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Mark Lakak Yəməndəki durum barədə deyib: Səudiyyə Ərəbistanı Yəmənə qarşı hava, quru və dəniz blokadasını davam etdirərsə son on illiklərin ən böyk insani faciəsi Yəməndə baş verəcək və milyonlarla insan həyatını itirəcək. 

ABŞ dövlət katibinin keçmiş müavini Nikolas Bernz də Yəməndəki insani durumu dəhşətli adlandırıb və deyib: Vaşinqton dərhal Səudiyyə Ərəbistanına olan dəstəklərinə son qoymalıdır. 

Bernz Səudiyyə Ərəbistanının hava, quru və dəniz blokadası nəticəsində Yəməndə yaranmış faciəli insani durum barədə xəbərdarlıq edib. 

Bu xəbərdarlıqlara baxmayaraq ABŞ senatının nümayəndələr palatası bazar ertəsi günü 366 lehinə və 30 əleyhinə səslə Yəmən xalqına qarşı bombardımanlar həyata keçirən Səudiyyə Ərəbistanı qırıcılarına yanacağın çatdırılması barədə 599 saylı qətnaməni qəbul etdi. 

Səudiyyənin başçılıq etdiyi və ABŞ tərəfindən dəstəklənən Ərəb koalisiyası 2015-ci ildən bu günədək Yəmənə qarşı hücumlarda on minlərlə mülkinin ölümü və yaralanmasına səbəb olub.