Noy 17, 2017 15:07 Asia/Baku
  • Ravə şəhərinin 15 kəndi terrorçulardan azad olunub

İraq təhlükəsizlik qüvvələri əl-Anbar vilayətinin Ravə şəhəri ətrafında 15 kəndi azad edib və azı 45 İŞİD terrorçusunu öldürüblər.

İRİB-in məlumatına görə, Əl-Anbar vilayəti Köçəri Səfərbər Qüvvələrinin sözçüsü Qəssan əl-İsavi cümə günü deyib: Hərbi bölmələr Xalq Səfərbər Qüvvələrinin dəstəyi ilə Ravə şəhəri ətrafında 15 kəndi İŞİD terror qruplaşmasının işğalından azad ediblər.

Əl-İsavinin sözlərinə görə, İraq qüvvələrinin Ravə şəhərinə doğru irəliləməsi ilə yanaşı ordunu Hərbi Hava Qüvvələri də terrorçuların mövqelərini bombalayıblar. İraq ordusunun əməliyyatında indiyə qədər 45 İŞİD terrorçusu öldürülüb.

Qəssan əl-İsavi əlavə edib: Ravə şəhəri gələn iki gün ərzində İŞİD terror qruplaşmasının işğalından azad olunacaq.

İraq ordusu və Köçəri qüvvələri bu gün səhər Suriya ilə sərhəddə İŞİD terrorçularının İraqdakı son bazası sayılan Ravə şəhərinin azad olunması əməliyyatına başlayıblar.

Teqlər