Yəmənli fəal: Yəmənin durumu acınacaqlıdır
-
Yəmənli fəal: Yəmənin durumu acınacaqlıdır
Yəmənin siyasi məsələlər üzrə eksperti və fəalı mühasirə və təcavüzkar koalisiyanın bombardmanlarının davam etməsinə görə, bu ölkənin durumunu acınacaqlı adlandırıb və beynəlxalq ictimaiyyətin sükutunu tənqid atəşinə tutub.
Hüseyn əl-Bəxiti şənbə günü Press TV ilə müsahibədə milyonlarla yəmənlinin yaşamaq üçün təcili olaraq tibbi və dərman yardımlarına ehtiyaclı olduğunu bildirərək əlavə edib: Səudiyyə Ərəbistanı Yəməni mühasirəyə almaqla tibbi, dərman və ərzaq yardımlarının getməsinin qarşısını alır.
Yəmənli siyasi fəal əsaslı vasitələrin Yəmənə göndərilməsi üçün beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən limanları və aeroportlarına mühasirənin tam şəkildə ləğv olunması üzrə tələblərinə toxunaraq deyib: Səudiyyə Ərəbistanı BMT, ABŞ və Britaniyanın dəstəyinə malik olduğu zamana qədər Yəmənin mühasirəsinin ləğvi üçün beynəlxalq təşkilatların müraciətləri heç bir nəticə verməyəcək.