Livan Ərəb Liqasının bəyanatına etiraz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286877-livan_Ərəb_liqasının_bəyanatına_etiraz_edib
Livanın xarici işlər naziri Ərəb Liqasının əsassız bəyanatına etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2017 09:07 Asia/Baku
  • Livan Ərəb Liqasının bəyanatına etiraz edib
    Livan Ərəb Liqasının bəyanatına etiraz edib

Livanın xarici işlər naziri Ərəb Liqasının əsassız bəyanatına etiraz edib.

Livanın milli xəbər agentliyinin verdiyi məlumata görə, Cəbran Basil Ərəb Liqasının bəyanatına Livan Hizbullahını terrorçu adlandırdığına görə öz etirazını bildirərək deyib: Hizbullah Livan xalqının əsas hissəsidir.

Cəbran Basil Livanın bitərəflik siyasətindəki dəyişməz mövqeyinə təkid edərək deyib: Livan başqa ölkələrin daxili işlərinə müdaxilənin əleyhinədir və öz daxili işlərinə hər hansı müdaxiləyə də qarşıdır. 

Səudiyyə Ərəbitanının çağırışı ilə keçirilən Ərəb Liqasının XİN başçılarının iclasında Qətər, Livan, Oman, BƏƏ, Əlcəzair və İraqın xarici işlər nazirləri iştirak etməmişdir. 

Bu iclas bir bəyanatda İran və Hizbullaha qarşı əsassız və təkrar iddialar səsləndirdi.