Mişel Oun: Sionist rejim Livanın destabilliyinin əsas amilidir
Livan prezidenti bildirib: İsrail hələ də Livan üçün destabillik və təhdidin əsas amilidir.
Əl-Minar televiziyasının məlumatına görə, Mişel Oun Livanın müstəqilliyi münasibəti ilə etdiyi çıxışında deyib: İsrail davamlı şəkildə quru, hava və dənizdən Livanın milli hakimiyyətini pozur və bizi yeni müharibələrlə hədələyir.
Oun deyib: İsrailin təhdidlərinə rəğmən, Livan dövləti fitnənin yayılmasının qarşısının alınmasına çalışıb və bu ölkəni işğalçılıq və təkfirçi terrorizmdən xilas edib.
Livan prezidenti əlavə edib: Livanın inkişafını istəyən hər bir şəxs bu ölkənin xalqı və siyasi qruplarının daha da möhkəmlənməsinə çalışmalıdır.
Livan prezidenti həmçinin ərəb ölkələrindən Livan qarşısında məntiqli və hikmətli davranış sərgiləmələrini və bu ölkənin daxili məsələlərində müdaxilələrə son qoymalarını istəyib.