Livan prezidenti bəzi ərəb ölkələrinə xəbərdarlıq etdi
Livan prezidenti öz vəzifələrini yerinə yetirməsi üçün bu ölkə hökuməti ilə əməkdaşlığın vacibliyini qeyd edərək bəzi ərəb ölkələrinə xəbərdarlıq edib ki, Livanı oda sürükləməsinlər.
Səd Həriri 4 noyabrda Ərəbistan paytaxtı Ər-Riyadda oxuduğu bəyanatda Livan baş naziri vəzifəsindən istefa verdi. O Səudiyyə Ərəbistanında naməlum məsələlərlə dolu istefasından 18 gün sonra nəhayət Beyruta döndü.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Livan prezidenti Mişel Oun çərşənbə günü Səd Həriri ilə görüşdən sonra bildirib: Hazırkı şəraitdə hökumətlə əməkdaşlıq etmək və nailiyyətlər əldə etməsi üçün ona kömək etmək lazımdır.
Mişel Oun Həriridən istefasını verməsində dözümlü olmasını, müxtəlif tərəflər arasında müzakirə üçün fürsətin yaranmasını istədiyini bildirib və Həriri də bu təkliflə razılaşıb.
Livan prezidenti ölkədə bütün siyasi şəriklərin məsləhətləşməsinin vacibliyini qeyd edib.
Səd Həriri çərşənbə günü Livan prezidenti Mişel Oun və parlament sədri Nəbih Berri ilə görüşdən sonra deyib ki, istefanın motivi və səbəbləri haqqında danışıqlar aparmaq məqsədilə Mişel Ounun istəyi ilə öz istefasını təxirə salıb.