İŞİD-in sonu sionist rejimi təşvişə salıb
Sionist İsrail rejimi Yaxın Şərq regionunda İŞİD terror qruplaşmasının həyatına son qoyulmasını etiraf edib və bundan narahatdır.
Sionist rejim İŞİD terror qruplaşmasının məğlubiyyətinin qəti olduğunu etiraf edib. Sionist rejimin müharibə naziri Aviqdor Liberman deyib ki, Suriya prezidenti Bəşşar Əsəd İŞİD-lə savaşı birdəfəlik etdi. O bu qələbədən nigaranlıq edərək sionist rejimin hərbi büdcəsinin 1 milyard dollar artırılmasını istəyib. İraq prezidenti Fuad Məsum isə son qələbələr münasibəti ilə region xalqlarını təbrik edərək Suriyada stabilliyi İraqda təhlükəsizliyin amili adlandırıb. Suriyanın Bukamal şəhərinin azad olunması ilə İŞİD-in son səngəri dağıdılıb və bölgə İŞİD-dən təmizlənib.
Bir dövrün sonu. İslam ordusunun mərəkələr meydanında qələbə çalması və İŞİD-in Bukamalda son qara bayraqlarının düşməsi ilə Qərbi Asiyanın sakinləri, xüsusilə də İraq və Suriya rahat nəfəs aldılar. Müqavimət mehvəri ərəb, qərb və sionist üçbucağının hərtərəfli dəstəyi ilə 7 ildən az müddətdə ayaq açan terror qruplaşmasının axırına çıxdı.
Müqavimət mehvəri bütün bu illərdə müxtəlif səbəblərə görə, qlobal öhdəliklərin yerinə yetrilməməsinə rəğmən, uğurlu addımlar ata bildi.
Amma ekspertlərin qənaətincə, İŞİD-in hərbi və savaş qüdrətini itirsə və İraq-Şam İslam Dövləti röyası məhv olsa da, İŞİD-çilik ideologiyasından xəbərsiz olmaq olmaz.
İŞİD-in məğlubiyyəti, Qərbi Asiya regionunu qarışdırmaq üzrə qərblilərin planlarından birinin iflasa uğraması mənasındadır. Onlar bu məğlubiyyətdən sonra başqa planları da başlayıblar. Analitiklər kürd muxtariyyətinin İraqdan ayrılması referendumun keçirilməsi macərası, Həririnin şübhəli istefasını indiyə qədər iflasa uğramış yeni planlar hesab edirlər.
Builki rəbilüləvvəl ayında bütün dünyada milyonlarla müsəlman hər ildəkindən daha sevinclidirlər. Bu ayın başlanması İŞİD-in işinin bitməsi ilə əlaqədar general Qasim Süleymaninin 2 aylıq vədi ilə yanaşı oldu. İndi müsəlmanlar daha hazırlıqlı şəkildə onların əleyhinə tənzimlənən yeni məkrli planlarla qarşılaşmağa hazır olmalıdırlar.