Əlcəzirə əməliyyatı İŞİD əleyhinə son əməliyyatdır
-
Əlcəzirə əməliyyatı İŞİD əleyhinə son əməliyyatdır
İraqın Birgə Əməliyyat Qərargahının sözçüsü bildirib: Səlahəddin, əl-Anbar və Neynəva vilayətlərinin səhra bölgələrində İŞİD terrorçuları əleyhinə əməliyyat bu qruplaşmaya qarşı sonuncu hərbi əməliyyatdır.
İraqın birgə hərbi qüvvələri Səlahəddin və əl-Anbar vilayətləri arasında Bicinin şimalında əl-Malihə bölgəsini azad ediblər. Bu bölgə Əlcəzirə səhrasının azad olunması əməliyyatı çərçivəsində azad edilib. İraq qüvvələri bu istiqamətdə Nenyəva, Səlahəddin və əl-Anbar vilayətləri arasında qərb səhrasında böyük əraziləri və 20 kəndi İŞİD terror qruplaşması ünsürlərinin qalıqlarından təmizləmək üçün əməliyyatın keçirildiyini bildiriblər.
Təhlükəsizlik dairələri bildiriblər: Bu əməliyyat iki həftə davam etdi, ondan sonra Səlahəddin, əl-Anbar və Neynəva vilayətləri arasında azad edilən bölgələr və sərhədlərin qorunması, eləcə də İŞİD terror qruplaşmasına bağlı partlayıcı maddələr və bomba quraşdırılmış avtomobillərin hazırlandığı çoxlu sayda anbarlar və mərkəzlərə qarşı əməliyyat başlanacaq.