Yəmən rəsmisi: Gəmilər Hüdəydə limanına giriş icazəsi ala bilməyiblər
-
Yəmən rəsmisi: Gəmilər Hüdəydə limanına giriş icazəsi ala bilməyiblər
Yəmənin Qırmızı Dəniz Limanlar İdarəsinin direktor müavini humanitar yardım gəmilərinin Yəmənin cənubunda əl-Hüdəydə limanına yan alması haqda istənilən iddianı yalan adlandırıb.
İRİB-in məlumatına görə, Yəmənin Qırmızı Dəniz Limanlar İdarəsinin direktor müavini Yəhya Şərəfəddin gəmilərin Hüdəydə limanına yan almasına icazənin verilməsi haqda səudiyyəli təcavüzkar koalisiyanın media xəbərlərini təkzib edərək deyib: BMT gəmilərin Hüdəydə limanına yan alması icazəsini verdiyi halda, heç bir gəmi bu limana daxil olmayıb və limanların nəzarət bölməsi ilə əlaqə saxlanılmayıb.
Bu arada BMT-nin humanitar yardımlar koordinasiya ofisinin sözçüsü Ellins Larke deyib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmən vətəndaşları üçün ərzaq məhsullarının idxalının dayanmasına səbəb olan Yəmənin mühasirəsi Ərəbistanın iddiasına rəğmən davam etməkdədir.
BMT-nin humanitar yardımlar üzrə sabiq rəsmisi İan Oqland da təxminən yeddi milyon nəfəri aclıqla üzləşdirən Yəmənin mühasirəsini qeyri-qanuni və sivilllərin kütləvi cəzalandırılması adlandırıb və deyib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə humanitar yardımların göndərilməsinə icazənin verilməsinə dair elanına baxmayaraq, böyük xilasedici agentliklər indiyə qədər bu ölkəyə yardımlar daxil edə bilməmişlər.
Səudiyyə Ərəbistanı vəd etmişdi ki, cümə axşamı günündən Yəmənin qərbində əl-Hüdəydə limanını və Səna beynəlxalq aeroportunu humanitar yardımların üzünə açacaqdır.