Səudiyyə Ərəbistanının blokadası nəticəsində minlərlə yəmənli həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287347-səudiyyə_Ərəbistanının_blokadası_nəticəsində_minlərlə_yəmənli_həlak_olub
Rəsmi statistikalara görə Səna beynəlxalq hava limanının təcavüzkar Səudiyyə Ərəbistanı tərəfindən bağlı qalması nəticəsində 13 min 400 yəmənli həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2017 07:18 Asia/Baku
  • Səudiyyə Ərəbistanının blokadası nəticəsində minlərlə yəmənli həlak olub
    Səudiyyə Ərəbistanının blokadası nəticəsində minlərlə yəmənli həlak olub

Rəsmi statistikalara görə Səna beynəlxalq hava limanının təcavüzkar Səudiyyə Ərəbistanı tərəfindən bağlı qalması nəticəsində 13 min 400 yəmənli həlak olub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmənin səhiyyə rəsmiləri xəbərdalıq ediblər ki, bu ölkə xəstəxanaları mühasirə nəticəsində tibb ləvazimatları olmadığından tamamiylə bağlanmaq ərəfəsindədir.

Birləşmiş Millətlər Təşkilatının Yəməndə humanitar məsələlər üzrə koordinatoru Cimi Mak Qoldrik isə deyib: Yəmən aeroportlar və limanlarının Səudiyyə Ərəbistanı tərəfindən mühasirəsinə tezliklə son qoyulmalıdır ona görə ki, bu blokada Yəməndə vəba xəstəliyinin və qıtlığın geniş yayılmasına səbəb olacaq. 

Səudiyyə Ərəbistanı Amerikanın dəstəyi ilə 2015-ci il martda Yəmənə hərbi hücum edib və Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə  bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb. 

Bu hücumlar nəticəsində indiyədən minlərlə yəmənli həlak olub, on minlərlə adam yaralanıb, milyonlarla yəmənli didərgiin düşüb və bu ölkənin infrasturukturları dağıdılıb. 

Səudiyyənin Yəmənə qarşı hərbi müdaxiləsi həmçinin bu ölkədə ərzaq malları və dərman preparatlarının çatışmazlığına səbəb olub və bu da yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.