Bəhreyn rejimi 36 vətəndaşı ömürlük azadlıqdan məhrum və vətəndaşlıqlarını ləğv etdi
Ali-Xəlifə rejimi məhkəmələri siyasi motivlərinin olması bəhanəsi ilə 36 Bəhreyn vətəndaşını azadlıqdan məhrum və vətəndaşlıqlarını ləğv edib.
Bəhreynin əl-Loulou xəbər portalının məlumatına görə, Ali-Xəlifə rejimi məhkəmələri 3 bəhreynlini ömürlük, 3 nəfəri 7 il, 1 nəfəri 10 il, 28 bəhreynlini 5 il və bir nəfəri isə 3 il azadlıqdan məhrum ediblər.
Məlumata görə, Ali-Xəlifə rejimi məhkəmələri hər 36 vətəndaşın vətəndaşlığını ləğv edib və onlardan bəzisinin əmlakının müsadirə olunmasına qərar veriblər.
Bəhreynin əl-Əyyam qəzeti də bu qərarın verilməsi xəbərini təsdiqləyərək bu müttəhimlər haqda məlumat dərc edib.
Bəhreyn 2011-ci ildən bəri ictimai narazılıqla üzləşib. Ali-Xəlifə Bəhreyn vətəndaşlarının dinc etiraz aksiyalarını repressiya edir. İndiyə qədər bir qrup günahsız bəhreynli həlak olub, həbsə atılıb və bir qrupunun da vətəndaşlığı ləğv olunub.