Cənbəlat: Ərəbistan Yəmənin dağıdılması və mühasirəsinə son qoysun
-
Cənbəlat: Ərəbistan Yəmənin dağıdılması və mühasirəsinə son qoysun
Livanın Tərəqqipərvər Sosialist partiyasının sədri və bu ölkə parlamentinin deputatı Vəlid Cənbəlat Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmana tövsiyə edib ki, Yəmənin dağıdılması və mühasirəsinə son qoysun və Yəmən haqda İranla birbaşa danışıqlar aparsın.
İRNA-nın məlumatına görə, Cənbəlat Twitter müraciətində yazıb: Qarşıda böyük problemlər vardır və Yəmən müharibəsinin davam etməsi ilə uğur qazanmaq mümkün deyildir.
Livanın Tərəqqipərvər Sosialist partiyasının sədri və parlamentin deputatı Ərəbistan vəliəhdinə xitabən bildirib: Anlaşmadan başqa çarə yoxdur və bu anlaşmanın reallaşması üçün İslam Respublikası ilə birbaşa danışıqlardan heç bir eyib və nöqsan yoxdur.
O bildirib: Ona-buna şəxsi hücumların da faydası olmayacaq və iki xalq arasında sülh və anlaşma bərpa olunmalıdır.
Vəlid Cənbəlat bu sözləri Ərəbistan vəliəhdinin amerikalı jurnalist Tomas Fridmanla son müsahibəsini müşahidə etdikdən sonra yazıb.