H.Kərzay: Əfqanıstanda mülkilərin tələfatının səbəbkarı Amerikadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287509-h.kərzay_Əfqanıstanda_mülkilərin_tələfatının_səbəbkarı_amerikadır
Əfqanıstanın keçmiş prezidenti deyib: ABŞ-ın Kabildə hərbi fəaliyyətlərinin artması ilə əfğan mülkilərin tələfatı da artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2017 11:46 Asia/Baku
  • H.Kərzay: Əfqanıstanda mülkilərin tələfatının səbəbkarı Amerikadır
    H.Kərzay: Əfqanıstanda mülkilərin tələfatının səbəbkarı Amerikadır

Əfqanıstanın keçmiş prezidenti deyib: ABŞ-ın Kabildə hərbi fəaliyyətlərinin artması ilə əfğan mülkilərin tələfatı da artıb.

İRİB-in Kabildən verdiyi məlumata görə, Hamid Kərzəy bu gün Almaniyada keçirilən elmi konfransda deyib: Amerikan hərbçilərin Əfqanıstandakı hava hücumlarının artması, əfqan mülkilərin tələfatının artması və ölkədə destabilliyin geniş vüsət alması ilə nəticələnib. 

Hamid Kərzay bir daya ağsaqqallar məclisinin keçirilməli olduğunu vurğulayıb və deyib: Əfqanıstan xalqı öz taleyini özü təyin etmək istəyir. 

Hal-hazırda Əfqanıstanda 14 min əcnəbi hərbçi fəaliyyət göstərir və onlardan 11 min nəfəri amerikan hərbçilərdən ibarətdir. Vaşinqton Əfqanıstandakı hərbçilərinin sayını artırmaq niyyətindədir.