Əfqanıstanın şərqində 12 İŞİD-çi öldürülüb
Noy 26, 2017 19:52 Asia/Baku
-
Əfqanıstanın şərqində 12 İŞİD-çi öldürülüb
Əfqanıstanın Nəngərhar vilayətinin sözçüsü 14 İŞİD terrorçusunun məhv edilməsindən xəbər verib.
Sinxuanın verdiyi məlumata görə, Ətaullah Xugiani deyib: Bu terroçular təhlükəsizlik qüvvələrinin Nəngərhar vilayətində gizləndikləri yerdə məhv ediliblər. İŞİD başçılarından iki nəfəri öldürülənlər arasında olub.
Əfqanıstan ordusu indiyədək İŞİD terrorçularından yüzlərlə ünsürü o sıradan onların komandanlarını müxtəlif vilayətlərdə məhv etmişdir.