Ali-Xəlifə hərbçiləri etirazçılara hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287691-ali_xəlifə_hərbçiləri_etirazçılara_hücum_edib
Ali-Xəlifə rejiminin hərbçiləri Əddoraz bölgəsində şiələrin rəhbəri şeyx İsa Qasimin mənzili ətrafında aksiyaçılara hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 07:31 Asia/Baku
  • Ali-Xəlifə hərbçiləri etirazçılara hücum edib

Ali-Xəlifə rejiminin hərbçiləri Əddoraz bölgəsində şiələrin rəhbəri şeyx İsa Qasimin mənzili ətrafında aksiyaçılara hücum edib.

Gücləndirilmiş təhlükəsizlik tədbirlərinə rəğmən Bəhreyn xalqı şeyx İsa Qasimin azadlığa buraxılması tələbi ilə Manamanın Əddoraz məhəlləsində aksiya keçirib. 

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ali-Xəlifə rejimi hərbçiləri mühasirəyə alınmış Əddoraz bölgəsində aksiyaçılarla toqquşaraq , bu ərazidə hərbi və təhlükəsizlik qüvvələri yerləşdiriblər. 

Şeyx İsa Qasimin səhhətində problem yaranmasının ardınca bəhreynli alimlər də bir bəyanat yayaraq Ali-Xəlifə rejiminin bu məşhur ruhaniyə qarşı blokadaya son qoymağı ləngitməsinin, şeyx İsa Qasimin qətlinə israrlı olmaq anlamına gəldiyini bildirərək vurğulayıblar ki, artıq bu vəziyyətə susmaq olmaz.