Təl-Əviv Livan Hizbullahına qarşı UNIFIL üzvləri ilə lobbiçilik edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287719-təl_Əviv_livan_hizbullahına_qarşı_unifil_üzvləri_ilə_lobbiçilik_edir
Bir sionist mediya sionist rejimin UNIFIL ölkələri ilə Livan Hizbullahına qarşı lobbiçilik səylərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 15:21 Asia/Baku
  • Təl-Əviv Livan Hizbullahına qarşı UNIFIL üzvləri ilə lobbiçilik edir
    Təl-Əviv Livan Hizbullahına qarşı UNIFIL üzvləri ilə lobbiçilik edir

Bir sionist mediya sionist rejimin UNIFIL ölkələri ilə Livan Hizbullahına qarşı lobbiçilik səylərindən xəbər verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist Cəruzalım Post qəzeti bildirib ki, sionist rejim Livanın cənubunda BMT-nin sülhü mühafizə qüvvələri ilə onları Livan Hizbullahına və onun silahlarına qarşı yönəltmək üçün gərgin müzakirələr aparmaqdadır. 

BMT-nin Livan Hizbullahı barədə iclas keçirəcəyi gözlənilir və buna görə də sionist rejim UNIFIL ölkələri ilə lobbiçiliklə məşğuldur. Eyni zamanda BMT baş katibi Antonio Quterreş özünün Təhlükəsizlik Şurasına illik hesabatında Livanın milli hakimiyyətinin sionist rejim tərəfindən pozulması hallarının dayandırılmasını istəyib.