Dek 01, 2017 21:41 Asia/Baku
  • Bəhreyn xalqı Şeyx İsa Qasımı himayə aksiyasında iştirak edib
    Bəhreyn xalqı Şeyx İsa Qasımı himayə aksiyasında iştirak edib

Bəhreyn xalqı cümə axşamı din alimlərinin çağırışına cavab olaraq tanınmış ruhani Şeyx İsa Qasımı himayə aksiyasında iştirak edib.

Bəhreynin din alimləri cümə axşamı bir bəyanat yayaraq, bu ölkə xalqından Şeyx İsa Qasımı himayə aksiyasında iştirak etməsini istəmişdilər.

İRİB-nin verdiyi məlumata görə, Bəhreyn xalqı Şeyx İsa Qasımı  himayə üzrə şüarlar verib. Aksiya iştirakçıları "Ləbbeyk İsa Qasım" və "Rəhbərimizi təslim etməyəcəyik" şüarları səsləndirib və əllərində Şeyx İsa Qasımın fotoşəkillərini daşıyıblar.

Narazı kütlə həmçinin Şeyx İsa Qasımın səhhətində yaranan problemə görə birbaşa olaraq Ali-Xəlifə rejiminin məsuliyyət daşıdığını bildirib.

Bəhreynin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə ediblər.

Şeyx İsa Qasımın  yaşadığı Əddiraz məntəqəsində toqquşmalar daha ciddi hal alıb. Helikopterlər və zirehli maşınlar ilə məntəqəyə yürüş edən təhlükəsizlik qüvvələri Şeyx İsa Qasımın mənzilinə doğru irəliləyirlər.

Teqlər