Mişel Oun: Həririnin istefasından sonrakı böhran sona çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288065-mişel_oun_həririnin_istefasından_sonrakı_böhran_sona_çatıb
Livan prezidenti deyib: Səd Həririnin baş nazirlik vəzifəsindən istefa verməsindən sonra yaranan böhran sona çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 16:02 Asia/Baku
  • Mişel Oun: Həririnin istefasından sonrakı böhran sona çatıb
    Mişel Oun: Həririnin istefasından sonrakı böhran sona çatıb

Livan prezidenti deyib: Səd Həririnin baş nazirlik vəzifəsindən istefa verməsindən sonra yaranan böhran sona çatıb.

Aralıq dənizi ətrafında qonşu ölkələrin nümayəndələrinin üç günlük iclası 30 noyabrdan 2 dekabra qədər İtaliya paytaxtında keçirilib. Bu iclas stabillik və təhlükəsizlik, miqrasiya, sərhədlərin qorunması və terrorizmlə mübarizə mövzusunda keçirilib.

İSNA-nın məlumatına görə, Livan prezidenti Mişel Oun Səd milli birliyin əhəmiyyətini qeyd edərək Səd Həririnin istefasından sonra yaranan böhranın həll olunduğunu bildirib.

Mişel Oun həmçinin İtaliyaya üç günlük səfərində bu ölkə baş naziri Paolo Gentilioni ilə görüşdə suriyalı didərginlərin Suriyada təhlükəsizlik bölgələrə qayıtmalarının vacibliyi və bu məqsədin reallaşması üçün beynəlxalq ictimaiyyətin əməkdaşlığını vurğulayıb.

Livan prezidenti beynəlxalq dairələrdə, xüsusilə də Livanda iqtisadi və ictimai inkişaf və ordunun potensiallarının gücləndirilməsi istiqamətində İtaliyanın dəstəyi və müxtəlif sahələrdə Livanı dəstəkləməsini alqışlayıb.

İtaliya baş naziri də Lİvana yardımların davam etdirilməsinə toxunaraq elektrik, neft və qaz sektorları ilə bağlı layihələrdə iştiraka ümidvarlıq edib.