Sionist İsrail Yer üzünün ən dəhşətli vəhşilərindəndir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288085-sionist_İsrail_yer_üzünün_ən_dəhşətli_vəhşilərindəndir
Sionist Haarets qəzetinin müxbiri sionist İsrail rejimini sərt tənqid edib və bildirib: Sionist rejim Yer üzünün ən zalım və vəhşilərindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 18:01 Asia/Baku
  • Sionist İsrail Yer üzünün ən dəhşətli vəhşilərindəndir
    Sionist İsrail Yer üzünün ən dəhşətli vəhşilərindəndir

Sionist Haarets qəzetinin müxbiri sionist İsrail rejimini sərt tənqid edib və bildirib: Sionist rejim Yer üzünün ən zalım və vəhşilərindən biridir.

Fars Xəbər Agentliyinin Fələstin əl-Youm xəbər portalına istinadla verdiyi məlumata görə, Avstraliya müəssisəsinin Fələstinə dəstək üzrə təşkil etdiyi toplantıda Haarets qəzetinin müxbiri Gedun Livi deyib: İsrail 2 milyon nəfəri Qəzzə həbsxanasında 10-11 il müddətinə həbs edib və Qəzzədə dünyanın ən böyük qəfəzi və həbsxanasını yaradıb.

Sionist qəzetin müxbiri dünyadan İsrailin Yaxın Şərqdə yeganə "demokratik ölkəsi" olması inancından əl çəkməsini istəyib. Çünki İsrail yalnız yəhudi sakinləri üçün demokratikdir. Lakin Yaxın Şərqdə ən vəhşi "dövlət"dir.

Bundan öncə də İsrail məsələləri üzrə ekspert Tofiq Əbu Şumer demişdi ki, bu rejim Qəzzə əhalisi haqda yalan iddialarla özünü dünya üçün demokratik və ictimai rejim cilvələndirməyə çalışır. Halbuki Qəzzə zolağında üç dəhşətli savaşda fələstinliləri al-qana boyadı və onların mənzillərini viran etdi.

Sionist rejim 11 ildir Qəzzə zolağının mühasirəsini davam etdirməklə, onun sakinlərinin iqtisadi, ictimai və mədəni hüquqlarını açıq-aşkar şəkildə pozur və bu məsələ Qəzzədə yaşayan təxminən 2 milyon fələstinlinin həyat durumunun acınacaqlı olmasına gətirib çıxarıb.