Yəmən xalqının ayıqlığı Ali-Səudun Səna ilə bağlı fitnəsini zərərsizləşdirdi
-
Yəmən xalqının ayıqlığı Ali-Səudun Səna ilə bağlı fitnəsini zərərsizləşdirdi
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam şənbə günü gecə Livanın Əl-Məyadin kanalına verdiyi müsahibədə deyib: Səna olayları ilə bağlı əldə edilən məlumatlardan aydın olur ki, Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin Ərəbistan ilə əlaqələri var.
Yəmənin paytaxtı Səna şəhəri şənbə günü Əli Abdullah Salehə bağlı qüvvələr tərəfindən baş verən özbaşınalığın ardınca onlarla Ənsarullah qüvvələri arasında toqquşma baş verib.
Məhəmməd Əbdüssəlam Sənada təhlükəsizliyin bərpa edildiyini və rəsmi və dövlət orqanlarının tam nəzarət altında olduğunu deyərək, əlavə edib: Yəmən xalqı Əli Abdullah Salehə bağlı silahlıların etiraz aksiyası ilə bağlı çağırışına müsbət cavab verməyib.
Ənsarullah hərəkatının sözçüsü həmçinin, Ərəbistan və Əli Abdullah Salehin çevriliş həyata keçrimək niyyətində olduğunu və yaşanan olayın da elə bu istiqamətdə baş verdiyini deyərək, əlavə edib: Ər-Riyad Əli Abdullah Salehə bağlı qüvvələrə təlim keçmək məqsədilə xüsusi təlim düşərgələri yaradıb.