Adil Əl-Cübeyrin Hizbullaha qarşı iddiası doğru deyil
Livanın Mərkəzi Bankının rəisi Ərəbistanın xarici işlər naziri Adil Əlcübeyrin Hizbullahın Livan bankları vasitəsi ilə çirkli pulların yuyulması ilə məşğul olması iddiasını rədd edib.
İRNA-nın məlumatına görə, Ryaz Səlamə şənbə günü gecə Livanın LBC telekanalına verdiyi müsahibədə Livanın bank sektorunun bankçılıq və maliyyə məsələlərində beynəlxalq qanuniliyə malik olduğunu deyib.
Hətta, Hizbullahın tənqidçilərindən sayılan "Livan Qüvvələri" Partiyasının sədri Səmir Cəcə də şənbə günü Adil Əl-Cübeyrin bu iddiasını rədd edib və deyib: Livan bankları Mərkəzi Bankın göstərişlərinə tam şəkildə əməl edirlər.
Ərəbistanın xarici işlər naziri cümə günü İtaliyanın paytaxtı Romada keçirilən Aralıq Dənizi Dialoqu iclasında Livan hökumətini Hizbullahın girovu adlandırıb.
Adil Əl-Cübeyr həmçinin, gülünc bir iddiada Hizbullahı çirkli pulların yuyulmasında ittiham edib.