Həmas üzvünün Qüdsün sionist rejimin paytaxtı elan olunması haqda xəbərdarlığı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288211-həmas_üzvünün_qüdsün_sionist_rejimin_paytaxtı_elan_olunması_haqda_xəbərdarlığı
Həmas hərəkatının siyasi bürosunun üzvü Qüdsün sionist rejimin paytaxtı elan olunmasının nəticələri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2017 09:10 Asia/Baku
  • Həmas üzvünün Qüdsün sionist rejimin paytaxtı elan olunması haqda xəbərdarlığı

Həmas hərəkatının siyasi bürosunun üzvü Qüdsün sionist rejimin paytaxtı elan olunmasının nəticələri haqda xəbərdarlıq edib.

Həmas hərəkatının siyasi bürosunun üzvü İzzət Əlrəşq dünən deyib: Qüdsün Amerika prezidenti Donald Trampın dövləti tərəfindən ehtimal üzrə sionist rejimin paytaxtı elan olunması İslam müqəddəslərinə qarşı aşkarcasına bir təcavüzdür; bu hərəkət ərəb və müsəlman xalqların emosiyalarını təhrik edəcək və fələstinlilərin hiddət qığılcımını alovlandıracaqdır.

Trampın müavini Mayk Pens son zamanlar bildiribdir ki, Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsi barədə qərar çıxarmaqdadır.

Əlrəşq söyləyib: Amerikanın bu qərarı saziş müzakirələrinə inanan kəslərə bir şillə olacaq, zira bu müzakirələr əsla ədalətli olmayıb və daim aşkar surətdə qəsbkarların tərəfini saxlayıbdır.

Həmas hərəkatının siyasi bürosunun üzvü vurğulayıb: Trampın qərarı işğalçılara heç bir haqq vermir və daim ərəb və müsəlman diyarı olmuş və olan işğal olunmuş Qüds şəhərinin tarixi reallıqlarından bir şeyi dəyişməyəcək və fələstinlilər tam azad edilməsinədək Qüdsü müdafiə edəcəklər.

Bundan öncə də Həmas hərəkatı fələstinlilərdən istəmişdi ki, qüdrətlə Trampın bu amansız qərarı qarşısında dayanaraq, həmin fitnəni zərərsizləşdirməkdən ötrü Qüds intifazəsi aksiyalarına başlasınlar.