Suriyanın baş müftisi: Qüdsə çatacağıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288315-suriyanın_baş_müftisi_qüdsə_çatacağıq
Suriyanın baş müftisi sirati-müstəqimin başlanmış olduğunu bildirərək deyib: Biz Qüdsə çatacağıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2017 13:29 Asia/Baku
  • Suriyanın baş müftisi: Qüdsə çatacağıq
    Suriyanın baş müftisi: Qüdsə çatacağıq

Suriyanın baş müftisi sirati-müstəqimin başlanmış olduğunu bildirərək deyib: Biz Qüdsə çatacağıq.

Şeyx Əhməd Bədrəddin Həsun bu gün Tehranda 31-ci beynəlxalq islami vəhdət konfransında etdiyi çıxışında deyib: Bu gün müjdə verirəm ki, İraqın Mosul, Suriyanın Deyrozzur və Hələb şəhərlərindən sonra Tehrandan Mosula, Bağdad, Deyrozzur, Hələb, Homah, Homs, Dəməşq, Beyrut və Cəbəl Amilə istiqamət açılıb və Allah istəsə bu istiqamət Qüdslə yekunlaşacaq. 

Şeyx Həsun açılan istiqamətin sirati-müstəqim olduğunu və bu istiqamətdə Suriya və İran İslam Respublikasının qələbə çaldığını bildirərək deyib: İslam düşmənlərinin azğın düşüncələri aydınlaşdıqda, islami məzhəblərin yaxınlaşmasından mənşə alan düşüncə, müsəlman ölkələrin məscidləri və hüseyniyyələrinə lazım olan düşüncədir. 

Konfransda çıxış edən İraqın Ali İslami Məclisinin sədri şeyx Homam Həmudi də bütün müsəlman məzhəb və etnusları islam dininin mütərəqqi təlimlərinə sövkənərək yeni islami sivilizasiyanın təşkili uğrunda səy göstərməyə çağırıb.