Dek 06, 2017 11:32 Asia/Baku
  • Həniyyə ABŞ-a xəbərdarlıq etdi

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi və bu şəhərin İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınması bütün qırmızı xətləri keçməkdir.

İRİB-in məlumatına görə, İsmayıl Həniyyə çərşənbə axşamı günü ərəb və islam ölkələri dövlət başçılarına ünvanladığı məktublarda ABŞ prezidenti Donald Trampı işğal olunmuş Qüds şəhərini yəhudiləşdirmək üçün İsrail rejimini dəstəkləməkdə suçlayıb və bildirib: ABŞ səfirliyinin işğal olunmuş Qüds şəhərinə köçürülməsi vəziyyətin gərginləşdirilməsi mənasındadır. 

Teqlər