Şahzadələr Ər-Riyada bac verərək azad olunurlar
Dek 06, 2017 08:04 Asia/Baku
Səudiyyə Ərəbistanı baş prokuroru həbs olunan şəxslərin azadlıqları üçün pul ödəməklə razılaşdıqlarını bildirib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı baş prokuroru çərşənbə axşamı günü bildirib: Ölkədə korrupsiya ilə mübarizə çərçivəsində həbs olunan şəxslərin əksəriyyəti azadlığı qarşısında Ər-Riyad hökuməti ilə maliyyə razılaşması imzalamağa hazırdırlar.
Səudiyyə Ərəbistanı baş prokuroru əlavə edib: Hal-hazırda Ərəbistanda korrupsiya ilə mübarizə çərçivəsində 159 nəfər saxlanılmaqdadır.
Bundan öncə, Səudiyyə Ərəbistanında məlumatlı dairələr bildirmişdilər ki, korrupsiya ittihamı ilə saxlanılan şahzadələr və iş adamları azadlıqları qarşılığında vəsaitlər ödəməyə başlayıblar.
Teqlər