Dek 06, 2017 14:17 Asia/Baku
  • Suriya ordusu Təll-Şəhabı azad etdi

Suriya ordusu çoxlu sayda Ən-Nüsrə Cəbhəsi terrorçusunu məhv etdikdən sonra Dəməşqin cənub-qərbində Təll Şəhab strateji bölgəsini azad edib.

Əl-Aləm televiziyasının məlumatına görə, Təll-Şəhabın azad olunması ilə nəticələnən bu əməliyyatda çoxlu sayda Ən-Nüsrə Cəbhəsi terrorçusu öldürülüb. Bu terror qruplaşmasının başçılarından Əbu Həzifə də öldürülənlər arasındadır. 

Suriya ordusu Təll-Şəhabı azad etməklə işğal olunmuş Cövlan yüksəklikləri yaxınlığında Qərbi Qünəytrə ətrafına bitişən Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasına yardım yolunu bağlayıb. 

Bu arada Suriya ordusu və müqavimət mehvərindəki müttəfiqləri Deyruz-Zurun cənub ətrafında irəliləyişi davam etdirir və Deyruz-Zurun cənub ətrafında Ən-Nəsuriyə dağını ələ keçirdikdən və 7 kəndi azad etdikdən sonra, Bukamalda yerləşən suriyalı və müttəfiq qüvvələrlə 15 kilometr məsafələri vardır. 

Suriya ordusu və müqavimət mehvərindəki müttəfiqləri 19 noyabrda Deyruz-Zur vilayətinin cənubunda Bukamalı tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad etdilər. 

Bukamalın azad olunması ilə İŞİD terror qruplaşmasının Suriyadakı işi praktiki olaraq sona çatdı. 

Teqlər