İsrail rejiminin başçısı: Trampın qərarı İsrailə ən böyük hədiyyə idi
Dek 07, 2017 21:30 Asia/Baku
-
İsrail rejiminin başçısı: Trampın qərarı İsrailə ən böyük hədiyyə idi
Sionist rejimin başçısı ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı elan etməsini sionistlərə ən böyük hədiyyə adlandırıb.
Sionist "Yadiot Aharonot" qəzetinin yazdığına görə Reuven Rivlin cümə axşamı etdiyi çıxışında Qüdsün sülh tərəfdarı olanların yolunda bir maneə olmadığını iddia edib və deyib: Qüdsün İsrailin paytaxtı elan edilməsi aydın bir məsələdir.