Bəhreyn alimləri Qüdsə dəstək aksiyasının keçirilməsini çağırış etdilər
Dek 08, 2017 11:56 Asia/Baku
Bəhreyn alimləri Qüds və Fələstinə dəstək üzrə Bəhreyn vətəndaşlarının cümə günü irimiqyaslı aksiya keçirmələrini istəyiblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Bəhreyn alimləri bir bəyanatda sionist rejimiin məhv olması və Fələstinin ərəb və islam ümmətinin qucağına qayıtmasına arxayın olduqlarını bildirərək Bəhreyn vətəndaşlarını anti-İsrail aksiyasında iştiraka dəvət ediblər.
Bəhreyn alimləri ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı planını bu ölkə hökumətinin özbaşınalığı və ərəb və islam ölkələrinin təhqir edilməsinin göstəricisi adlandırıblar.
Bununla yanaşı Bəhreyndə 14 Fevral Koalisiyası da bu gün Qüds Müsəlmanların Paytaxtı devizi altında qəzəb aksiyasının keçirilməsini istəyib.