Seyid Həsən Nəsrullah: Trampın qərarı "Yeni Balfor"dur
Dek 08, 2017 11:57 Asia/Baku
Livan Hizbullahının baş katibi bildirib: Balfor deklarasiyasından 100 ilin keçməsinə rəğmən, ABŞ hökumətinin Qüds əleyhinə hərəkəti ilə "Yeni Balfor"un şahidiyik.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı günü televiziya çıxışında Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi haqda deyib: ABŞ-ın Qüds haqda qərarının təhlükələrindən məlumatlı olmaq hamı üçün dönüş nöqtəsidir. Belə ki, onun qarşısında öz məsuliyyətlərini dərk etsinlər və reaksiya versinlər.
Livan Hizbullahının baş katibi həmçinin deyib: Ərəb və islam ölkələri ABŞ səfirlərini Xarici İşlər Nazirliklərinə çağırtdırmalı və Trampın Qüds haqda qərarına rəsmən reaksiya verməlidirlər.