Beyrutun əsas binalarına üzərinə əl-Əqsa məscidinin kadrları işıqlandırılıb
Dek 08, 2017 23:46 Asia/Baku
Livan Qüdsə dəstək və Fələstin xalqı ilə həmrəyliyi elan edərək Beyrut şəhərində bir neçə önəmli binanın üzərinə işıqlandırma projektorları ilə əl-Əqsanın kadrlarını salıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, Beyrut icra hakimiyyəti cümə axşamı gecə Qüdsə dəstək və Fələstin xalqı ilə həmrəylik istiqamətində bu şəhərin önəmli binaları, o cümlədən Bəbəda Sarayı, Məhəmməd Əmin Məscidi və Sent Corc Kilsəsinin üzərinə əl-Əqsa məscidinin kadrlarını işıqlandırıb.
Livan baş naziri Səd Həriri də bu ölkənin digər yüksək səviyyəli rəsmiləri kimi, ABŞ prezidentinin məlum qərarını pisləyib və Fələstin xalqı ilə həmrəyliyi elan edib.