Sionistlər ötən 2 gündə 3 fələstinlini şəhid edib, mindən çox insanı yaralayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288735-sionistlər_ötən_2_gündə_3_fələstinlini_şəhid_edib_mindən_çox_insanı_yaralayıblar
Fələstinin Səhiyyə Nazirliyi şənbə günü səhər bildirib: Sionistlərin ötən iki gündə (cümə axşamı və cümə) fələstinlilərə olan hücumlarında 3 nəfər şəhi d olub, 1114 nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 05:44 Asia/Baku
  • Sionistlər ötən 2 gündə 3 fələstinlini şəhid edib, mindən çox insanı yaralayıblar
    Sionistlər ötən 2 gündə 3 fələstinlini şəhid edib, mindən çox insanı yaralayıblar

Fələstinin Səhiyyə Nazirliyi şənbə günü səhər bildirib: Sionistlərin ötən iki gündə (cümə axşamı və cümə) fələstinlilərə olan hücumlarında 3 nəfər şəhi d olub, 1114 nəfər isə yaralanıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi Beytül-Müqəddəsdə 935, Qəzzə zolağında isə 179 fələstinlinin yaralandığını bildirib. Bu məlumata görə, yaralılardan beşinin vəziyyəti ağırdır. 

Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə deyib: 54 yaşlı Mahir Ətaullah cümə günü sionist rejim ordusunun hücumları zamanı aldığı yaraların ağırlığı üzündən şəhid olub. Məhəmməd Əl-Misri adlı 30 yaşlı fələstinli isə sionistlər tərəfindən güllələnərək, şəhid edilib. 

6 aylıq fələstinli körpə olan İmad Əşkyan da sionist rejimin Qəzzənin şimalına olan hava hücumları zamanı aldığı yaralar üzündən həyatını itirib. 

İsrail qırıcıları cümə günü axşam Qəzzə zolağının şimalını bombalayıb. 

ABŞ prezidenti Donald Trampın çərşənbə günü Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıdığını elan etməsinin ardınca Qərb Sahili və Qəzzə Zolağı Trampın bu hərəkətinə etiraz olaraq fələstinlilərin geniş etirazlarının şahidi olub. 

Bir çox ölkələrdə də Trampın bu hərəkətinə etiraz olaraq aksiyalar keçirilib.