Dek 09, 2017 09:21 Asia/Baku

İraqın xarici işlər naziri deyib: ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi region ölkələrinə qarşı yönəlmiş yeni fitnə planıdır.

İraqın xarici işlər naziri İbrahim Cəfəri deyib: Qüds sadəcə Fələstin məsələsi deyil. Qüds bütün ərəb və İslam ölkələri, dünyanın bütün azad insanlarının məsələsidir. İraq Fələstini və Qüdsü himayə etməklə  yanaşı, ABŞ prezidentinin Qüdslə bağlı qərarına qarşı addımları himayə edir. 

İbrahim Cəfəri daha sonra İraqın milli birliyi və ərazi bütövlüyünə qarşı regional və beynəlxalq planlara işarə edərək, deyib: İraq hökuməti öz milli birliyi və ərazi bütövlüyünü qorumağı fitnə planları üzərində qələbənin yeganə yolu hesab edir. 

İraqın xarici işlər naziri terrorizm ilə savaşda dəyəzən maddi zərər və ziyanların aradan qaldırılması, abadlıq və quruculuq işləri haqda da deyib: İraq öz xalqının əli ilə bərpa ediləcək. Amma, hazırkı şəraiti və hərbi xərclərin yüksək olmasını nəzərə alaraq, İraqın bərpası məsələsində bir çox ölkənin iştirak etməsi mövzusu gündəmdədir. 

Cəfəri əlavə edib: Bir çox ölkə İraqın bərpasında iştiraka hazır olduğunu elan edib. Çünki, bu əməkdaşlıq sadəcə İraqın deyil, həmin ölkələrin özləri üçün də iqtisadi faydalara malikdir. 

Teqlər