Fələstin xalqı ayağa qalxdı
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarı Fələstin xalqının qəzəblənməsinə və Qüdsün himayəsinə qalxmasına səbəb olub.
Fələstin müsəlmanların ilk qibləsini müdafiə etmək üçün ayağa qalxıb. Bu qiyamın işğalçı sionistlər qarşısında yeni bir “intifazə”yə çevriləcəyi ehtimal olunur. “Qəzəb Günü”ndə Fələstində və işğal edilmiş ərazilərdə 3 şəhid və mindən çox yaralının olması Fələstin xalqının ABŞ prezidenti Donald Trampın Qüdsə qarşı fitnəsi müqabilində qətiyyətlə dayanmasının nişanəsidir.
ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə fitnə odunu alovlandırdı və Trampı arxasına alan cinayətkar rejim həqiqi simasını göstərərək, yenə də ətrafa ölüm saçdı. Dünən BMT Təhlükəsizlik Şurasının Trampın qərarı ilə bağlı iclası ilə bir vaxtda sionist rejim fələstinlilərin başına bomba yağdırdı. Bura, Qəzzədə İsrail raketləri ilə hədəfə alınan evlərdən biridir.
Dünən, Qüds və Qərb Sahilindən tutmuş Qəzzəyə kimi bütün Fələstin şəhərlərində insanlar küçələrə axışaraq, Tramp və İsrailin həyasızlığı qarşısında Qüdsün müdafiəsinə qalxdı.
Cinayətkar rejim isə bu dəfə də ABŞ-ın himayəsinə arxalanaraq, dinc əhaliyə atəş açdı. Sionist rejim ordusunun hava hücumları və aksiya iştirakçılarına atəş açması nəticəsində ümumilikdə 1114 nəfər yaralanıb, 3 nəfər isə şəhid olub. Şəhid olanlardan biri isə 6 aylıq körpədir.
Bütün fələstinli qruplar isə ABŞ və İsrailin ortaq fitnəsi qarşısında birlikdə mübarizəyə təkid edirlər.
Fələstin İslamçı Cihad Hərəkatı Qüds intifazəsinin davam etdirilməsi və daha da gücləndirilməsinə təkid edərək, qarşıdan gələn günlərin bütün Fələstində sionistlər əleyhinə qəzəb günü olacağını bildirib.
Fələstinidə vəziyyət o yerə çatıb ki, hətta, özünüidarə hökumətindəki barışıq tərəfdarları da Trampın Qüdslə bağlı mövqeyini dəyişmədiyi zamana kimi fələstinlilərin ABŞ ilə heç bir danışıqlara getməyəcəini və Vaşinqtonun nəzarəti altında olan sülh danışıqlarında iştirak etməyəcəyini bildiriblər. Qüds bir daha İslam Ümməti və Fələstin xalqını birləşdirməyi bacardı.