Dek 10, 2017 10:02 Asia/Baku
  • Təl-Əvivdə Netanyahuya qarşı etiraz aksiyası
    Təl-Əvivdə Netanyahuya qarşı etiraz aksiyası

İşğal olunmuş fələstində minlərlə adam dünən gecə Təl-Əvivdə öz vəzifəsindən su-istifadə ittihamı ilə istintaqa cəlb olunmuş sionis rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçirib.

Sionist Haarets qəzeti aksiyaçıların sayının 10 min nəfərdən ibarət olduğunu bildirib. 

Dekabrın 3-də də işğal olunmuş Fələstin sakinlərindən 20 min əfər sionist rejimin baş nazirinə qarşı etiraz aksiyası keçirdi. 

Netanyahu iki korrupsiya işində əli olmaqda ittihamlandırılır. 

İlk cinayət işi biznesmənlərdən hədiyyələr alması, ikinci iş isə sionist Yədiut Aharonot qəzeti ilə nazirlər kabinetinin xəbərlərini müsbət əks etdirməsi barədə razılıq əldə etməsi və bu qəzetin rəqibi olan Hium qəzetinə qarşı məhdudiyyətlər tətbiq etməsi ilə əlaqədardır.

Netanyahunun vəzifədən kənarlaşdırılması və onun korrupsiya əməllərinə baxılması prossesinin sürətləndirilməsi tələbi ilə keçirilən aksiyalar bir neçə aydır işğal olunmuş ərazilərdə başlanıb və davam etməkdədir. 

Teqlər