Nəcəfdə ABŞ-ın Qüds barədə qərarına qarşı etiraz aksiyası keçirilib
Dek 10, 2017 18:56 Asia/Baku
ABŞ prezidentinin Beytül-Müqəddəsi sionist rejimin paytaxtı tanımasının ardınca İraqın Nəcəf şəhərində əhali Amerika və sionist rejimə qarşı etiraz aksiyası keçirib.
PressTv-nin verdiyi məlumata görə, iraqlı aksiyaçılar bildiriblər ki, İraq xalqı və bu ölkənin müqavimət qüvvələri Vaşinqtonun Qüdsə qarşı son hərəkətinin qarşısında susmayacaq.
İraqlı nümayişçilər həmçinin bildiriblər ki, İraq xalqı öz hökumətini Amerikanın Qüds barədə qərarının pisləməkdən daha əlavə təşəbbüslər həyata keçirməyə çağırıblar.
Cümə və cüməaxşamı günlərində də İraqın paytaxtı Bağdad şəhəri Amerikaya qarşı geniş etiraz aksiyasının şahidi idi. Aksiyaçılar Fələstin amallarının İslam dünyasının ən önəmli amalı olduğuna və onun müdafiəsinə təkid ediblər.