Bəhreynli heyətin Məscidül-Əqsaya daxil olmasına imkan verilməyib
Dek 10, 2017 21:30 Asia/Baku
Məscidül-Əqsanın gözətçiləri bəhreynli heyətin bu məscidə daxil olmasına mane olublar.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Əlamül-Hərbi bildirib: İşğal olunmuş Fələstinə səfər etmiş bəhreynli bir heyət bazar günü Məscidül-Əqsaya daxil olmaq istəyirmiş amma bu məscidin fələstinli gözətçiləri onlara icacə verməyiblər.
Eyni zamanda Fələstin İslami Cihad Hərəkatı bir bəyanat yayaraq bəhreynli heyətin işğal olunmuş Fələstinə səfərini və onun sionist rejim başçıları ilə görüşünü pisləyərək bildirib ki, bu kimi hərəkətlər ərəb və islam dəyərlərindən yayınmaqdır.