Bəhreynli heyətin işğal olunmuş Fələstinə səfəri təəccüblü olmayıbdır
Bəhreynli heyətin işğal olunmuş Fələstinə səfəri təəccübləndirici bir mövzu olmayıbdır, əksinə onun üçün proqramlaşdırma aparılmışdı.
Əlməyadin telekanalı bəhreynli heyətin Məsciduləqsadan qovulması xəbərini verərək, bildirib: Dünyanın Amerika prezidentinin Qüdsün İsrail rejiminin paytaxtı elan olunmasına dair qərarı qarşısında ayağa qalxdığı bir halda, Bəhreynin başçıları işğal olunmuş Fələstinə heyət göndəriblər. Bu heyətin üzvləri sionist rejimin xarici işlər nazirliyindən olan heyətin üzvlərilə yanaşı Qüdsün qədim hissəsində olaraq, bu şəhərin qədim bazarında gəzişiblər. Bu, bəhreynli heyətin işğal olunmuş Fələstindən ilk görüşüdür. Bu heyət "Bu, Bəhreyndir" cəmiyyətindən olan 24 nəfərdən ibarətdir. Sionist rejimin 12-ci telekanalının məlumatına görə, bu səfər dördgünlükdür və siyasi olmayaraq, Bəhreyn kralının müxtəlif dinlər arasında tolerantlıq və bir yerdə yaşamaq barədəki vədinin icrası istiqamətində atılan addımdır.
Zaman və forma baxımından şübhəli olan bu görüş hərçənd ərəb və müsəlman xalqlar üçün ağrılı olub, amma yeni və qəribə bir məsələ olmayıbdır, zira bundan öncə onun üçün zəminlər yaradılmış və Bəhreyn kralı sionist rejimin başçılarına müraciətlər göndərmişdi. Sentyabr ayında "Ceruzalem Post" qəzeti yazmışdı ki, Bəhreyn kralı İsrail rejiminin ərəb ölkələri tərəfindən boykot edilməsini məzəmmət edibdir. Belə bir halda, İsrail rejimi ilə bağlı məsələ Bəhreynlə bitmir. Amerikada çıxan Nyu-York Tayms qəzeti ifşa edibdir ki, Fars Körfəzi məntəqəsindəki bir neçə ölkə sionist rejimin tanınması üçün ibtidai addımlar atıbdır.
Nyu-York Tayms qəzetinin bu məlumatı sionist rejimin sabiq müharibə naziri Moşe Yalonun sözlərini təsdiq edir. O, demişdi ki, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri sionist rejimin yeni dostlarıdırlar.