Fələstinli gənclər bəhreynli heyətin Qəzzəyə gəlməsinə etiraz ediblər
Onlarla fələstinli gənc bu gün səhər Qəzzənin şimalında yerləşən "Beyt Hanun" keçidi qarşısında aksiya keçirib.
Bəhreyn dövləti heyətinin Qəzzə zolağına daxil olmasının qarşısını almaq məqsədilə bu məkana toplaşmış fələstinli gənclər maşın şinlərini yandırıblar.
Fələstinli aksiyaçılar bəhreynli heyəti ayaqqabı, daş və yumurta atəşinə tutaraq, bildiriblər ki, bu heyətin işğal olunmuş Fələstinə sazişkaranə səfərdən sonra Qəzzə zolağına daxil olmasına icazə verməyəcəklər.
Qüdsdə yerləşən İslami Vəqflər Təşkilatı da işğal olunmuş Fələstinə səfər etmiş bəhreynli heyəti Qüds şəhərindən qovubdur.
24 nəfərlik bəhreynli bir heyət şənbə günü Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifənin rəsmi razılığı ilə Təl-Əvivə daxil olmuşdu.
Ali-Xəlifə rejimi Qüdsü işğal etmiş rejimin regiondakı əsas himayədarlarından biridir.
Bəhreynli heyətin işğal olunmuş ərazilərə səfəri elə bir halda həyata keçirilibdir ki, region və dünya ABŞ prezidenti Donald Trampın işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə qərarına qarşı etirazların şahididirlər.