Bəhreyn xalqı Qüdsə dəstək aksiyası keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289077-bəhreyn_xalqı_qüdsə_dəstək_aksiyası_keçirib
Dünən Bəhreyn xalqı ABŞ prezidentinin Qüds barədə qərarına qarşı etiraz aksiyası keçirərək sionist rejimin bayrağını yandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2017 09:32 Asia/Baku
  • Bəhreyn xalqı Qüdsə dəstək aksiyası keçirib
    Bəhreyn xalqı Qüdsə dəstək aksiyası keçirib

Dünən Bəhreyn xalqı ABŞ prezidentinin Qüds barədə qərarına qarşı etiraz aksiyası keçirərək sionist rejimin bayrağını yandırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin Səlmabad qəsəbəsinin sakinləri Amerikanın Qüdsü sionist rejimin paytaxtı tanımasına qarşı etiraz aksiyası keçiriblər. 

Əl-Müqəşşə qəsəbəsində də bəhreynli məşhur ruhani şeyx İsa Qasim ilə həmrəylik əlaməti olaraq , Ali-xəlifə rejiminin sionis rejim ilə əlaqələri adiləşdirməsinə qarşı aksiya keçirilib və Qüdsün fələstinlilərin paytaxtı olduğu vurğulanıb. 

Bəhreynin 14 fevral kanalı bildirib ki, şeyx İsa Qasimin yaşadığı Əddüraz məhəlləsində də etiraz aksiyası keçirilib və Ali-Xəlifə hərbçiləri ilə aksiyaçılar arasında toqquşma ilə nəticələnib.