Minlərlə fələstinli Həmasın 30 illiyi mərasimində iştirak etdi
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın təsis olunmasının 30 illiyi mərasimi Qəzzə zolağının əl-Kətibə meydanında keçirilib. Minlərlə fələstinli həmin mərasimdə şənlik edib.
Əl-Aləm televiziyasının məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bu mərasimdə deyib: HƏMAS Fələstin ərazilərində müqavimət planını təbii şəkildə davam etdirir.
Fələstin və Qüds ABŞ prezidenti Donald Trampın qərarından sonra bir daha islam ümmətinin prioritet məsələsinə çevrilib və intifazənin qığılcımları vurulub.
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri bildirib: Bütün daxili, regional və beynəlxalq səviyyələrdə, ABŞ hökumətini Qüdsü sionist rejimin paytaxtı elan etməsi qərarından geri çəkilməyə məcbur etməliyik. Çünki ümumiyyətlə İsrail yoxdur ki, Qüds də onun paytaxtı elan olunsun və HƏMAS heç vaxt İsraili rəsmən tanımayacaq.
Həniyyə əlavə edib: HƏMAS regionda amerikalı-sionist planı ilə mübarizə məqsədilə güclü koalisiyaların yaradılması ardıncadır və ərəb və islam ümməti Fələstin və Qüdsə xatir öz ixtilaflarını kənara qoymalıdırlar.
HƏMAS-ın siyasi bürosunun rəhbəri deyib: HƏMAS daxili barışığın tərəfdarıdır, Trampın Qüds əleyhinə qərarı qarşısında vahid mövqe sərgilənməli və tezliklə milli barışıq reallaşmalıdır.
Etiraz fəaliyyətləri və intifazənin davam etməsinin vacibliyini qeyd edən Həniyyə bildirib: Bütün cümələr müxtəlif ölkələrin paytaxtlarında Vaşinqtonun qərarı ləğv etdiyi zamana qədər bu qərara etiraz olaraq və Qüdsə dəstək üzrə aksiyalar keçirilməlidir.
HƏMAS bu gün cümə axşamı günü bu hərəkatın təsis olunmasının 30 illiyi münasibəti ilə Qəzzə şəhərinin qərbində əl-Kətibə meydanında "Müqavimət qərarımız, vəhdət seçimimiz" devizi altında möhtəşəm mərasim keçirib.