Dek 14, 2017 21:29 Asia/Baku
  • Sionistlər Qəzzəyə hücum etdi
    Sionistlər Qəzzəyə hücum etdi

Sionist işğalçıların Qəzzə zolağına gecə yarısı hava hücumları cavabsız qalmayıb. Belə ki, müqavimət qrupları işğal olunmuş Fələstinə bir neçə raket atıblar.

Qəzzə zolağına gecə yarısı hava hücumları. İşğalçıların hərbi təyyarələri bir daha Qəzzə zolağının mərkəzində bir bölgəni vurublar. Lakin tələfatı olmayıb. Müqavimət qrupları tərəfindən bir neçə raketin atılması ilə işğal olunmuş Fələstində həyəcan siqnalı səsləndirilib.

Fələstin vətəndaşı deyib: Biz Qüdsün azad olunacağı zamana qədər müqaviməti davam etdirəcəyik. Amma təəssüflər ki, bu gün bütün ərəb ümməti yuxuya gedib. Sionistlər bizim müqəddəslərimizi oyuncağa çeviriblər. Biz əl-Əqsa məscidi yolunda öz qanımızı verməyə hazırıq.

Bu hadisələrlə yanaşı Qəzzə zolağı sərhədləri boyunca işğalçı hərbçilərlə toqquşmalar davam etməkdədir. Bu qarşıdurmalarda 18-dən çox fələstinli gənc yaralanıb. Tibb dairələri yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Başqa bir fələstinli deyib: Biz canımızı əlimizə almışıq və Qüdsü zorla geri almağa hazırıq.

Fələstinlilər hər gün Qəzzə zolağı sərhədləri boyunca və işğalçıların zastavaları yaxınlığında ABŞ prezidentinin qərarına etirazlarını bildirirlər və əl-Əqsa məscidinin azadlığı və müqəddəs atributların müdafiəsi istiqamətində qan verməyə hazırdırlar.

Bu arada Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Qüds-Şərifə dəstək üzrə sammiti ilə yanaşı, Fələstinin işğal olunmuş bütün əraziləri fələstinlilərin etirazları və qəzəbinin şahididir. Fələstinlilər güclü iradə və imanları ilə Qüds və islam müqəddəslərinin müdafiəsi istiqamətində sionist ordu ilə toqquşublar. Onlar bu işlə İstanbul sammitinə bu mesajı veriblər ki, sionist rejim sadəcə güc dilini anlayır.

Fələstin vətəndaşının sözlərinə görə, ərəb və islam ölkələrində ABŞ səfirlikləri bağlanmalıdır və ABŞ-ın region ölkələrindəki mənafeyi hədəf alınamlıdır.

Onlarla sionist hərbçi və yaraqlı etirazçı fələstinliyə hücum edib. 4 fələstinlini saxlayıb və naməlum məkana aparıblar. Hələ də davam edən Beyt-İldə baş verən qarşıdurmada 20-dən çox fələstinli yaralanıb.

Fələstin vətəndaşı deyib: ABŞ hökumətinin Qüds və Fələstin haqda qərarı dəyərsizdir. Bütün ərəb və islam ölkələrinə elan edirik ki, Fələstin məsələsi haqda heç kimin geri çəkilmək haqqı yoxdur.

Sionist rejimlə müzakirədən 20 il ötsə də, fələstinli rəhbərlər müstəqil Fələstin dövlətinin təşkil olunması üzrə səylər göstərsələr də, bu gün Fələstin vətəndaşlarının işğalçılarla mübarizə üçün yenə də əsas seçim, yəni daşa üz tutmalarının şahidiyik.

 

Teqlər