5 bəhreynli aktivistin ölkədən çıxmasına qadağa qoyuldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289339-5_bəhreynli_aktivistin_ölkədən_çıxmasına_qadağa_qoyuldu
Bəhreyn hökuməti hakim rejim ilə müxalif olan 5 aktivistin ölkədən çıxmasına qadağa qoydu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2017 08:12 Asia/Baku
  • 5 bəhreynli aktivistin ölkədən çıxmasına qadağa qoyuldu
    5 bəhreynli aktivistin ölkədən çıxmasına qadağa qoyuldu

Bəhreyn hökuməti hakim rejim ilə müxalif olan 5 aktivistin ölkədən çıxmasına qadağa qoydu.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, bu 5 bəhreynli fəal "Əbdürrəhman Nəimi" seminarında iştirak etmək istəyirdilər. 

Bu seminar Livanın paytaxtı Beyrut şəhərində keçirilməlidir. 

Bəhreyndən çıxmasına qadağa qoyulan aktivistlər bunlardır: Vəəd Cəmiyyətinin sabiq baş katibləri seyid Rəzi Musəvi və İbrahim Şərif, Vəəd Cəmiyyətinin üzvü Fəridə Qulam, hüquq müdafiəçisi Əbdülnəbi Əkra və Bəhreynin Şəffaflıq Cəmiyyətinin sədri seyid Şərif Musəvi. 

Bəhreyn 2011-ci ilin fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etriazlarının şahididir. 

Bəhreynlilər azadlıq, ədalət və bərabərlik tərəfdarıdırlar. Hakim rejim isə xalqın tələblərini repressiyalar ilə cavablandırır.