Dek 15, 2017 14:04 Asia/Baku

Suriyada sülh mövzusunda keçirilən 8-ci Cenevrə danışıqları nəticəsiz başa çatıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Cenevrədə Suriya mövzusunda keçirilən 8-ci iclas nəticə baxımından öncəki iclaslar ilə heç də fərqli olmasa da, son iclas çətinliklər və maneələr baxımından daha artıq problemlərə malik olub.

Bu iclasda Suriya dövlətinin nümayəndəsi terrorizm ilə mübarizə məsələsinə digər məsələlərə giriş qapısı elan edərək,  müxalif qruplar, Ərəbistan və onların qərbli müttəfiqlərini Suriyada sülhün bərqərar edilməsinə mane olmaqda ittiham edib.

Suriya hökumətinin müzakirə heyətinə başçılıq edən Bəşşar Cəfəri Cenevrə iclasında deyib: "Özünü Ər-Riyad heyəti adlandıran qarşı tərəfin nümayəndələrindən bu fürsətdən istifadə edərək, öz heyətlərini "Ər-Riyad-2" bəyannaməsinin ləğvinə qane etmələrini istəyirik."

Digər tərəfdən müxalif tərəf bir daha öncəki şərtlərindən söz açaraq, bu şərtləri beynəlxalq qanunlar əsasında rəsmən tanınmış bir haqq olaraq təqdim etməyə çalışıblar. Bununla da müxalif tərəf tərəflər arasında hansısa anlaşmanın əldə edilməsi fürsətinin itirilməsinə səbəb olub.

Müxalif tərəfin nümayəndəsi Cenevrə iclasında deyib: "Cenevrə müzakirələri doğru yoldadır, Dünya ictimaiyyəti və Təhlükəsizlik Şurası isə bu prosesi dəstəkləməyə borcludurlar. Bu proses beynəlxalq prinsiplər əsasında, beynəlxalq qrumların nəzarəti altında və Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi məqsədilə başladılıb."

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi də bu iclasda müxalif qrupların mövqeyini dəstəkləyərək, Suriya dövlətinin "Ər-Riyad -2" bəyannaməsinin ləğv edilməsi ilə bağlı tələbinin yersiz olduğunu bildirib.

Beləliklə Cenevrə müzakirələri nəticəsiz başa çatıb.

De Mistura müzakirələrin növbəti mərhələsinin yanvar ayında və Soçi iclasından öncə keçirilməsini istəyib. Amma, bu, daha çox siyasi proseslərin gedişindən asılıdır.

Teqlər