Ərəbistan şahzadələrindən daha bir neçəsi həbs olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289365-Ərəbistan_şahzadələrindən_daha_bir_neçəsi_həbs_olundu
Ərəbistanlı jurnalist daha bir neçə səudiyə şahzadəsinin həbs edilməsindən xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 15, 2017 14:09 Asia/Baku
  • Ərəbistan şahzadələrindən daha bir neçəsi həbs olundu
    Ərəbistan şahzadələrindən daha bir neçəsi həbs olundu

Ərəbistanlı jurnalist daha bir neçə səudiyə şahzadəsinin həbs edilməsindən xəbər verib.

Əl-Qüds Əl-Ərəbi qəzeti cümə gününə olan sayında ərəbistanlı yazıçı və  jurnalist Camal Qaşıqçıya istinadla yazıb: Daha bir qrup ərəbistan şahzadəsi tanınmış şahzadə və iş adamlarının dustaq olaraq saxlanıldığı "Ritz Karlton" otelinə daxil olub. 

Ərəbistanın baş prokuroru 6 dekabrda 320 şahzadə və iş adamının korrupsiya ilə mübarizə ittihamı ilə istintaqa cəlb edildiyini bildirmişdi. 

Ərəbistan başçıları Ər-Riyadın korrupsiya ilə mübarizə adlandırdıqları əməliyyat çərçivəsində 4 noyabr 2017-ci il tarixindən bir qrup tanınmış şahzadənin həbs edilməsi və onların mal varlıqlarının müsadirə olunması əməliyyatına başlayıblar. 

Analitiklərin nəzərinə görə, Ərəbistan şahzadələrinin həbs edilməsində məqsəd vəliəhd Məhəmməd bin Salmanın müxaliflərini zərərsizləşdirməkdir.