Yəmən Ənsarullahı: ABŞ naümidliklə Ərəbistanı müdafiə edən vəkil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289457-yəmən_Ənsarullahı_abŞ_naümidliklə_Ərəbistanı_müdafiə_edən_vəkil_olub
Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Yəmən xalqına qarşı Ərəbistanın cinayətlərinin artmasının əsas səbəbini Ali-Səudun ABŞ-ın dəstəyindən arxayın olması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2017 14:52 Asia/Baku
  • Yəmən Ənsarullahı: ABŞ naümidliklə Ərəbistanı müdafiə edən vəkil olub
    Yəmən Ənsarullahı: ABŞ naümidliklə Ərəbistanı müdafiə edən vəkil olub

Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Yəmən xalqına qarşı Ərəbistanın cinayətlərinin artmasının əsas səbəbini Ali-Səudun ABŞ-ın dəstəyindən arxayın olması adlandırıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam bu gün bildirib: Ərəbistan ABŞ-ın dəstəyinə arxalandığı üçün Yəmən xalqına qarşı daha çox cinayətlər törədir. 

ABŞ-ın BMT-dəki nümayəndəsinin Yəmənin Ər-Riyada raket hücumu haqda açıqlamasına münasibət bildirən Məhəmməd Əbdüssalam deyib: ABŞ naümidliklə Ərəbistanı müdafiə edən vəkil olub. 

Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Ərəbistanın 70 nəfərin həlak olması və yaralanması ilə nəticələnən Yəmənin Təiz, Sədə və əl-Hüdəydə vilayətlərini bombalaması haqda deyib: Təəssüfləndirici haldır ki, Ərəbistanın müttəfiqləri yəmənlilərə humanitar yardımlar etdiklərini düşünürlər. 

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Eyni zamanda bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistanın Yəmən əleyhinə müharibəsi on minlərlə yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib.