Hənyə: Qüdsün bir qarışından belə keçməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289469-hənyə_qüdsün_bir_qarışından_belə_keçməyəcəyik
Fələstinin Həmas təşkilatının siyasi bürosunun sədri İsmayıl Hənyə Qüds intifazəsi şəhidlərinin dəfn mərasimində Fələstin xalqının qələbəsinə əmin olduğunu bildirərək, vurğulayıb ki, şərqi və qərbi Qüdsün bir qarışından belə keçməyəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2017 17:26 Asia/Baku
  • Hənyə: Qüdsün bir qarışından belə keçməyəcəyik
    Hənyə: Qüdsün bir qarışından belə keçməyəcəyik

Fələstinin Həmas təşkilatının siyasi bürosunun sədri İsmayıl Hənyə Qüds intifazəsi şəhidlərinin dəfn mərasimində Fələstin xalqının qələbəsinə əmin olduğunu bildirərək, vurğulayıb ki, şərqi və qərbi Qüdsün bir qarışından belə keçməyəcəyik.

Dünən "hiddət cüməsi"ndə İordan çayının qərb sahilində və Qəzzə zolağında sionist rejim hərbçiləri tərəfindən şəhid edilmiş Qüds intifazəsinin dörd şəhidinin dəfn mərasimi bu gün Fələstin xalqından minlərlə nəfərin, İsmayıl Hənyənin və fələstinli qrupların digər komandanlarının iştirakı ilə keçirilib.

Hənyə bu mərasimdə vurğulayıb: Şəhidlər hamıya bildirdilər ki, Fələstin xalqı xar olmaq və geriyə çəkilməklə müxalifdir. Fələstin xalqı Qüdsə və Amerika dövlətinin qərarının ləğvinə görə, vuruşur və şəhid Əbu Surəyya onun bir nümunəsidir.

O, əlavə edib: Yer üzündə heç bir varlıq Qüdsün fələstinlilərə aid olması həqiqətini dəyişə bilməz. Biz bu savaşda qalib gələcəyimizə əminik və şərqi və qərbi Qüds daxil olmaqla müttəfiq bir Qüdsün bir qarışından belə keçməyəcəyik.