Tələvivdə Netanyahunun korrupsiyası əleyhinə böyük aksiya
İşğal olunmuş Fələstinin minlərlə sakini şənbə gecə Tələvivdə üçüncü həftə ardıcıl olaraq sionist rejim baş naziri Benyamin Netanyahunun korruspiyasına etiraz üzrə aksiya keçirib.
Fars xəbər agentliyinin məlumatına görə, sionist Yadiut Aharonot qəzeti etirazçıların sayını on min nəfər hesab edib.
2 və 9 dekabrda da işğal olunmuş Fələstinin minlərlə sakini sionist rejim baş naziri əleyhinə aksiya keçirmişdi.
Netanyahu iki korrupsiya işində iştirak etməkdə şübhəli bilinir. İlk iş böyük iş adamlarından hədiyyələr alması ilə əlaqədardır. İkinci iş isə İsrail Hiom qəzetinə məhdudiyyətlər yaratmaq qarşılığında sionist rejimin baş nazirinin Yadiut Aharonot qəzetinin sahibi ilə Nazirlər Kabinetinin xəbərlərini yaxşı işıqlandırmaq üçün anlaşması ilə əlaqədardır.
Netanyhunun kənarlaşdırılması və onun korrupsiya işinin sürətləndirilməsi üzrə aksiyalar bir neçə ay öncədən Tələviv və işğal olunmuş digər ərazilərdə başlanıb və davam etməkdədir.