Onlarla yəmənli həlak olub və yaralanıb
-
Onlarla yəmənli həlak olub və yaralanıb
Səudiyyə Ərəbistanı qırıcılarının Yəmənin müxtəlif bölgələrinə hava hücumları nəticəsində üç nəfər həlak olub, onlarla nəfər yaralanıb.
İRNA-nın məlumatıan görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin əl-Hüdəydə vilayətində His şəhəri bazarına hava hücumunda üç sivil, o cümlədən bir qadın həlak olub, üç nəfər də yaralanıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri həmçinin Marib vilayətində Hərib əl-Qəramiş bölgəsində sərnişinləri daşıyan avtobusu vurublar. Bu hücumda bir neçə nəfərin yaralandığı bildirilir.
Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi də Ərəbistanın hücumlarına reaksiyada Sənanın şərqində 9-cu cəbhədə səudiyyəli muzdluların toplaşdığı məkanı Zilzal 1 raketi ilə vurub.
Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin Cizan və Nəcranda səudiyyəli muzdluların bazalarını vurublar. Bu hücumlarda bir neçə səudiyyəli muzdlu öldürülüb.