Fələstinlilər ABŞ vitse-prezidentinin səfərinə etiraz ediblər
-
Fələstinlilər ABŞ vitse-prezidentinin səfərinə etiraz ediblər
Fələstinlilər İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərində ABŞ-ın vitse-prezidenti Mayk Pensin regiona səfərinə qarşı aksiya keçiriblər.
Etirazçılar Pensin və ABŞ-ın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Cisson Qrinblatın şəkillərini onların regiona daxil olmalarından öncə yandırıblar. Etirazçılar bu iki nəfəri pisləyərək, onları müharibə elçiləri adlandırıblar.
Onlar həmçinin vurğulayıblar ki, bu iki nəfəri qarşılamayacaqlar. Amerikanın vitse-prezidenti çərşənbə axşamı günü Misirə daxil olacaq. Şeyx Ələzhər və Misir qobtilərinin rəhbəri onunla görüşü ləğv ediblər. Ondan sonra Pens işğal olunmuş ərazilərə daxil olacaq və fələstinlilərin Pens ilə görüşlə müxalifət etmələrinə görə, o, yalnız sionist rejimin başçıları ilə görüşəcəkdir.